ABŞ Senatı çərşənbə günü Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqini nəzərdə tutan, İrana qarşı sanksiyalar haqqında qanun layihəsinə düzəlişlərin lehinə səs verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “Washington Examiner” məlumat yayıb.
Qanun layihəsində, həmçinin qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp Konqresin razılığı olmadan sanksiyaları zəiflədə bilməz.
S.B.
www.oxu.az