Qırğızıstanın xüsusi xidmətləri kamikadze olduğu ehtimal edilən, Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən Ekbercan Celilovun valideynlərini dindirməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə şübhəli şəxsin ailəsi ilə tanış olan şəxslərin sözlərinə istinadən 24.kg agentliyi məlumat yayıb.
“Sankt-Peterburq metropolitenində terror aktını törətməkdə şübhəli bilinən şəxsin valideynləri Dövlət Milli Təhlükəsizlik Komitəsinin Oş vilayəti üzrə idarəsində dindirilir. Onlar idarəyə dünən axşam gətiriliblər”, - agentlikdən bildiriblər.
Qeyd edilir ki, 2011-ci ildə Ekbercan Celilov valideynləri ilə bərabər Rusiyaya köçüb, amma bir müddət sonra valideynləri Qırğızıstana geri qayıdıb, o isə ölkədə qalıb.
Agentliyin məlumatına görə, martın əvvəlində Celilov Qırğızıstanın Oş vilayətinə səfər edib.
:640.jpg)
11:01
Rusiyanın Sankt-Peterburq şəhərində metroda terror aktı törətməkdə şübhəli bilinən şəxsin adı açıqlanıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Report “Habertürk”ə istinadən xəbər verir.
Məlumata əsasən, şübhəli şəxs 1995-ci ildə Qırğız Respublikasında anadan olmuş Ekebrcan Celilovdur.
Agentliyin məlumatına görə, o, Rusiya vətəndaşıdır.
09:57
Qırğızıstanın xüsusi xidmət orqanları Sankt-Peterburqda metroda terror aktını törətdiyi ehtimal edilən şəxsin əslən Qırğızıstandan olan Rusiya vətəndaşı olmasına dair məlumatı təsdiqləyib.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
“Aprel ayının 3-də Sankt-Peterburq metrosunda terror aktını törətdiyi ehtimal edilən şəxs əslən Qırğızıstandan olan Rusiya vətəndaşıdır”, - bu barədə çərşənbə axşamı İnterfaks-a respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəsmi nümayəndəsi Rahat Süleymanov bildirib.
O əlavə edib ki, “qırğız xüsusi xidmət orqanları Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə Sankt-Peterburqda baş verən terror aktı ilə bağlı əlaqə saxlayır”.
08:33
İlkin araşdırmalara əsasən, Peterburq metrosunda partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə TASS agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“Cinayətkarın şəxsiyyəti artıq müəyyənləşdirilib. O, Orta Asiya mənşəlidir və Suriyada döyüşən silahlılarla əlaqəsi olub”, -deyə mənbə bildirib.
Onun sözlərinə görə, vaqonda 200-300 qram trotil ekvivalenti gücündə əldəqayırma bomba partlayıb. Mənbə həmçinin bildirib ki, “Texnoloji institut” və “Sennaya ploşşad” stansiyaları arasında işə salınan partlayıcı qurğu bir qədər sonra “Ploşşad Vosstaniya” stansiyasında zərərsizləşdirilən partlayıcı ilə eyni olub.
A.S.www.oxu.az