Çin Yeni İli faciə ilə qarşılayıb.
Oxu.Az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Şanxay şəhərində bayram şənlikləri zamanı izdiham baş verib. İlkin məlumatlara görə, izdihamda 35 nəfər ölüb, 42 nəfər isə yaralanıb.
Bundan başqa şəhərin mərkəzində insan sıxlığından və qəzalar nəticəsində ölənlərin sayının artdığı bildirilir.