Ermənistan prezidenti Dağlıq Qarabağa gəlib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Serj Sarkisyan Şuşa şəhərində faşizm üzərində qələbənin 69-cu ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək.
S.Sarkisyan həmçinin separatçı Qarabağ rejiminin hərbi birləşmələrinin yaradılmasına həsr edilmiş tədbirlərə də qatılıb.
Ermənistan prezidenti Xankəndi şəhərində separatçıların lideri Bako Saakyanla da görüşüb.