Ermənistan prezidenti Serj Sarkisyan Fransaya rəsmi səfərə yola düşüb.
Oxu.Az “Novosti Armeniyaya” istinadən xəbər verir.
Məlumata görə, Sarkisyan görüş çərçivəsində Fransanın ali rəhbərliyi: prezident Fransua Olland, senatın sədri Jerar Larşe, Milli Məclisin sədri Klod Bartoloni, Parisin meri Ann İdalqo, eləcə də Frankofoniya Beynəlxalq təşkilatın baş katibi Mikael Jan, həmçinin Lion şəhərin meri Jerar Kolombi ilə görüşəcək.
N.О.
www.oxu.az