Bu gün səhər saatlarında Ali Radanın deputatı Nadejda Savçenkonun hərəkət etdiyi avtomobil yaşlı qadını vurub. Hadisə Teodor Drayzer küçəsində baş verib.
Oxu.Az bu barədə Life-a istinadən xəbər verir.
“Bizim hörmətli Savçenko, daha dəqiq desək, onun sürücüsü yaşlı qadını vurub”, - “VKontakte” sosial şəbəkəsində “Troyeşina VK” qrupunda bildirilib.
Fotolarda Savçenkonun avtomobildən çıxaraq qadına yardım etdiyi görünür. Hadisə yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Hadisənin təfərrüatları aydınlaşdırılır.

N.О.
www.oxu.az