Hörmüz boğazında iki neft tankeri minalanmış marşruta düşərək partlayıb, nəticədə tankerlərdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bir saat əvvəl amerikalıların aldadaraq Hörmüz boğazının cənubundakı minalanmış marşrutla hərəkət etməyə məcbur etdiyi iki neft tankeri partlayıb və yanmağa başlayıb", - deyə açıqlamada bildirilib.
SEPAH Hərbi Dəniz Qüvvələri isə öz növbəsində vurğulayıb ki, ABŞ-nin fəaliyyəti nəticəsində yaranan yüksək təhlükə səbəbindən Hörmüz boğazı gəmilərin keçidi üçün bağlı olaraq qalır.