Səudiyyə Ərəbistanı kralı Salman bin-Əbdüləziz “Böyük-20”-liyin (“G-20”) zirvə toplantısında iştirak etməyəcək.
Oxu.Az Report-a istinadən xəbər verir ki, buna səbəb olaraq, Qətər böhranı göstərilir.
Qeyd edək ki, “Böyük-20”-liyin sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Bu toplatıda ABŞ prezidenti Donald Tramp, Rusiya dövlət başçısı Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Almaniya kansleri Angela Merkel də iştirak edəcək.
N.O.