Səudiyyə Ərəbistanı kralı Salman ben Abdel Əziz Əl Saud cümə axşamı yağış üçün dua etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə monarxın dəftərxanası məlumat yayıb.
“Hamı tövbə etməli, rəhm diləməli və Allaha qayıtmalıdır”, - bəyanatda deyilir.
Daha öncə belə bir dua keçən ilin qışında yağışa həsrət qalan BƏƏ-də oxunmuşdu. Bu istirahət günlərində ölkənin şimalında yağıntı olub.
Ərəbistan yarımadası Yer küəsində yayda temperaturun 50 dərəcə Selsidən yüksək olduğu azsaylı yerlərdəndir. Ölkənin mərkəzində və şərqində yağışlar qışda və yazda, qərbində isə yalnız qış dövründə olur.
N.O.
www.oxu.az