Ər-Riyadın Cinayət məhkəməsində İranın xeyrinə casusluq edən 15 nəfərə ölüm hökmü oxunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Associated Press nəşri xəbər verir.
İş üzrə 32 nəfər saxlanılıb, onlardan 30-u yerli sakin, biri iranlı və biri əfqanıstanlı olub. İşin qalan fiqurantları müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
Məhkəmə müəyyən edib ki, onların hamısı İran kəşfiyyat xidmətlərinə Səudiyyə ordusuna dair mühüm məlumatı çatdıran casus qrupuna daxil olublar.
Casusluqdan başqa istintaq altında olanlara qarşı səudiyyəli sahibkarlara qarşı təxribat hücumlarının hazırlanması, dini münaqişənin yaradılması, yerli sakinlərin hökumət əleyhinə etiraz aksiyalarında iştriaka cəlb edilməsi kimi ittihamlar da irəli sürülüb.
N.O.
www.oxu.az