Slovakiyanın şərqində, Koşitse vilayətində iki qatarın toqquşması nəticəsində ən azı 100 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin "TA SR" informasiya agentliyi məlumat yayıb.
Dəmiryol qəzası Rojnyava şəhərinin ətrafında baş verib.
Regional polisin məlumatına görə, qatarlarda çox sayda sərnişin olub. Hadisə yerinə beş təcili yardım maşını və xilasetmə helikopteri göndərilib.
İlkin məlumata görə, qəzaya sürücünün diqqətsizliyi səbəb olub.