BMT-nin uşaq fondu UNICEF Suriyanın İdlib şəhərində məktəbə hücum zamanı 22 uşağın və altı müəllimin öldüyünü bildirib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə fondun icraçı direktoru Entoni Leykin bəyanatında deyilir.
“Məlumata görə, bu gün Suriyanın İdlib şəhərində məktəb binasına hücum nəticəsində 22 şagird və altı müəllim ölüb”, - fondun icraçı direktoru bəyan edib.
Uşaqların və müəllimlərin hansı hücumun nəticəsində öldükləri dəqiqləşdirilmir.
Suriyada 2011-ci ilin mart ayından silahlı qarşıdurma davam edir. BMT-nin məlumatına görə, bu müddət ərzində 220 mindən çox adam ölüb.
N.O.
www.oxu.az