Bəşər Əsəd rejiminin Hərbi Hava Qüvvələrinin Suriyanın Dəyr-əz-Zor rayonuna səhvən endirdiyi aviazərbə zamanı ən azı 15 dinc sakin ölüb.
Oxu.Az-ın Anadolu agentliyinə istinadən məlumatına görə, insident nəticəsində onlarla insan yaralanıb.
Qeyd olunur ki, aviazərbənin endirildiyi rayon İŞİD terrorçularının mövqelərindən bir aza aralıda yerləşir.
Əsəd rejimi sentyabr ayından Rusiya HKQ-nin dəstəyi ilə Dəyr-əz-Zorun azad olunması uğrunda əməliyyat həyata keçirir.
S.B.
www.oxu.az