Tacikistanın prezidenti Emoməli Rəhmon Milli Birlik Günü münasibətilə Vaxdat şəhərində bir gündə 30 toy və 20 sünnət mərasimində iştirak edib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Tacikistan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Emoməli Rəhmon bəy və gəlinlərə, həmçinin sünnət olunan uşaqlara hədiyyələr bağışlayıb.
Milli Birlik Günü hər il respublikanın bir şəhərində qeyd olunur. Həmin şəhərdə yeni obyektlər istifadəyə verilir, şənliklər keçirilir.
Qeyd edək ki, ölkədə vətəndaş müharibəsinin başa çatması münasibətilə təsis olunan Milli Birlik Günü bu il 20-ci dəfə qeyd edilir.
L.Ə.