“Taliban” hərəkatının səhra komandiri Molla Naim Kur Əfqanıstanın şərqində Parvan əyalətində məhv edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan DİN-ə istinadən “Sinyuxa” agentliyi məlumat yayıb.
Ekspertlərin qeyd etdiyi kimi, son zamanlar Əfqanıstanın şərq və cənub əyalətləri – Loqar, Nanqarhar, Qilmend, eləcə də ölkənin şimalında Gündüz, Cauzcan və Parvanda ekstremistlərin mövqelərinin möhkəmləndiyi müşahidə edilir. Bununla yanaşı, “Taliban”ın səhra komandirləri və yaraqlılarının “İslam Dövləti” (İŞİD) terror qrupuna sədaqət andı içmə hallarının sayı artıb.
N.O.
www.oxu.az