Rusiya KİV-də müğənni Zemfira və aktrisa, rejissor Renata Litvinovanın İsveçdə evlənməsi ilə bağlı məlumat yayılıb.
Oxu.Az-ın "RenTV"-yə istinadən xəbərinə görə, toydan sonra qadınlar Stokholm və Tallinə səyahətə yollanıblar.
Litvinovanın nümayəndəsi nikahla bağlı yayılan xəbərləri şərh etməkdən boyun qaçırıb.
Xatırladaq ki, İsveçdə 2009-cu ildən həmcins nikahlarına icazə verilib.
N.O.