Avropa Parlamenti dünən Gürcüstan vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə səfər zamanı vizasız rejimin tətbiqini təsdiqləyib. Avropa Parlamentinin 647 deputatından 553-ü Gürcüstanın lehinə səs verib. 66 nəfər əleyhinə, 28 nəfər isə bitərəf qalıb.
Oxu.Az gürcü KİV-nə istinadən xəbər verir ki, bu qərarın şərəfinə Tbilisidə konsert təşkil edilib.
Bundan başqa, Tbilisi televiziya qülləsi və Sülh körpüsünü Avropa İttifaqının bayrağının rənglərinə boyayıblar.
N.O.
www.oxu.az