İraq qoşunları Naynava vilayətində Təlafər şəhərini tam nəzarətə götürüblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, avqustun 26-da, Sky News Arabia telekanalı məlumat yayıb.
Şəhərin bütün rayonları terrorçulardan zad edilib, - telekanalın müxbiri deyib.
Artıq şəhərə İraq ordusu, federal polis və antiterror bölmələri daxil olublar.
Hazırda yaraqlılar tərəfindən evlərdə quraşdırılan bombaların aşkar edilməsi üzrə işlər aparılır.
S.B.
www.oxu.az