Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp fövqəladə vəziyyət elan etdi
ABŞ Prezidenti Donald Tramp güclü yağışlar və daşqınlar səbəbindən Texas ştatının Kerr dairəsində fövqəladə vəziyyət elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
ABŞ lideri qeyd edib ki, fövqəladə vəziyyətin elan edilməsi təcili yardım xidmətlərinə dərhal lazımi resursları ayırmağa imkan verəcək.
ABŞ-nin Texas ştatında güclü yağışların və Qvadalupe çayının daşmasının doğurduğu daşqınlar nəticəsində azı 50 nəfər ölüb.
Oxu.Az bu barədə CNN telekanalına istinadla xəbər verir.
Onlarla insan itkin düşüb, onların aralarında yay düşərgəsindən olan 20-dən çox şagird qız da var.
Texas qubernatoru Qreq Ebbottun daha əvvəl verdiyi məlumata görə, 850-dən çox insanın təxliyə edilib.