Venesuelanın vitse-prezident Delsi Rodriqes Vaşinqtonu dinləsə, ABŞ qoşunları bu ölkəyə yerləşdirilməyəcək.
Oxu.Az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, ABŞ-nin Venesueladakı mövcudluğu hərbi olmayacaq və daha çox enerji sektorunu əhatə edəcək.