Donald Tramp “alternativ sağlar” (alt-right) radikal hərəkatından kənara çəkilib, hərəkatın üzvləri Trampın prezident seçilməsini nasist salamlaması ilə qeyd ediblər.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
“Mən onları qınayıram. Mən onları tanımıram və qınayıram”, - Tramp “New York Times” qəzetinin müxbirləri ilə görüşdə bidlirib.
Onun sözlərinə görə, o, bu hərəkatın fəallarını “işə salmaq” niyyətində deyil.
Daha öncə Vaşinqtonda “alternativ sağlar”ın konfransının videoyazısı yayılıb, videoda hərəkatın tərfədarları milyardçının qələbəsini qeyd edərək “Yaşasın Tramp!” şüarını səsləndiriblər.
“Alternativ sağlar”ın lideri Riçard Spenser konfrans iştirakçılarına bəyan edib ki, Amerika onun “günəşin övladları” adlandırdığı ağ adamlara məxsusdur.
N.O.
www.oxu.az