Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Amerikanın kütləvi informasiya vasitələrini korrupsiyada ittiham edib. Onun sözlərinə görə, KİV seçkiqabağı kampaniyanı qərəzli şəkildə işıqlandırır.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, siyasətçinin çıxışını birbaşa olaraq “Fox News” kanalı yayımlayıb.
“Birlikdə fırıldaqçı sistemə və korrupsiyaya uğramış mediaya qalib gələcəyik. Bu insanlar (KİV işçiləri) qədər korrupsiyaya uğrayan başqa kimsə yoxdur. Hamısı yox, amma əksəriyyəti. Onlar korrupsiyaya uğramış qrupdur”, - o, Floridada tərəfdaşları qarşısında çıxış edərkən bildirib.
N.O.
www.oxu.az