Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp bütün amerikalıların prezidenti olacağına söz verib.
Oxu.Az CNN-ə istinadən xəbər verir ki, Tramp Demokratlar Partiyasının namizədi Hillari Klintonun ona zəng edərək qələbə münasibətilə təbrik etdiyini bildirib.
Qələbəsində payı olan hər kəsə minnətdarlığını çatdıran D.Tramp birlikdə çalışaraq ABŞ-ı yenidən quracaqlarını vurğulayıb:
“ABŞ-ın maraqları əsas olsa da, hamıya qarşı ədalətli davranmağa çalışacaq, düşmənçilik, müharibə deyil, dostluq axtaracaq, bizimlə yaxşı münasibətlər qurmaq istəyən ölkələrlə biz də yaxşı münasibətlər quracağıq”.
S.B.
www.oxu.az