ABŞ Dövlət Departamentini tərk edən diplomatlar Donald Trampın siyasəti ilə razı olmadıqları üçün deyil, onun administrasiyasının xahişi ilə vəzifələrini tərk ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən CNN məlumat yayıb.
“Onlar dövlət katibinə, prezidentə və Dövlət Departamentinə sadiqdirlər. Onların prezidentə qarşı hörmətsizlik nümayiş etdirmək cəhdi yoxdur, işdən qovulmurlar və nifrət üzündən getmirlər. Ağ Ev qayda-qanun yaradır”, - telekanalın həmsöhbəti bildirib.
N.O.
www.oxu.az