ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını Amerika ərazisi elan edə biləcəyi barədə fikirlərindən sonra BMT bütün tərəfləri bu ərazidə beynəlxalq hüquqa və gəmiçilik azadlığına hörmət etməyə çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə BMT-nin baş katibinin rəsmi sözçüsü Stefan Düjarrik TASS-a açıqlamasında bildirib.
"Biz Hörmüz boğazı və onun ətrafında beynəlxalq gəmiçilik hüquq və azadlıqlarının tam şəkildə bərpa olunmasına dair çağırışımızı təkrarlayırıq. Gəmilərin sərbəst hərəkət hüquqları və azadlıqları beynəlxalq hüquq normalarına uyğun olaraq bütün tərəflər tərəfindən qorunmalıdır", - deyə Düjarrik qeyd edib.
Qeyd edək ki, bir gün əvvəl Nyu-York yaxınlığındakı Nasso dairəsində yerləşən polis akademiyasında çıxış edən Tramp Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu söyləmişdi.