ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının sədri olacağını bildirib.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
"Bu qurumun sədri olmaq mənim üçün böyük şərəfdir", - deyə D.Tramp Davosda təşkilatın nizamnaməsinin imzalanması mərasimində bildirib.
Qeyd edək ki, bu gün Davosda Azərbaycan da daxil olmaqla 20-yə yaxın ölkənin liderləri Sülh Şurasının Nizamnaməsini imzalayıblar.