"ABŞ rəhbərliyi Türkiyəyə "F-35" qırıcı təyyarələrinin verilməsi ehtimalını nəzərdən keçirəcək. Bu da iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirə bilər".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bildirib.
"Biz bu məsələ ilə bağlı yekun qərara gələcəyik. Münasibətlərimiz olduqca yaxşı səviyyədədir", - deyə ABŞ dövlət başçısı vurğulayıb.
Türkiyə prezidenti isə Trampla aparılan danışıqların yekunlarına əsasən, Birləşmiş Ştatların "F-35" hərbi təyyarələri ilə bağlı müsbət qərar verəcəyinə ümid etdiyini açıqlayıb.