ABŞ Prezidenti Donald Trampın Çindəki hesabına “International Hotel Management LLC” şirkəti nəzarət edir, bu hesab üzrə 2013-2015 illər ərzində 188 min dollar vergi ödənilib.
“New York Times” bu barədə xəbər yayıb.
Şirkətin hüquqşünası Alan Qarten ABŞ-da da bölmələri olan Çin bankında hesab açmaqda məqsədin həmin ölkədə mehmanxanalarla bağlı işgüzar fəaliyyət yürütməklə yerli vergiləri ödəmək olduğunu bildirib. O, qeyd edib ki, bank hesabı bağlanmayib, lakin 2015-ci ildən bəri istifadə edilməyib.
Nəşrin məlumatında bildirilir ki, Trampın Böyük Britaniyada və İrlandiyada da bank hesabları var.