Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Trampın idxal rüsumlarının tətbiqini dayandırmaq qərarına kimin təsir etdiyi məlum oldu
ABŞ Prezidenti Donald Trampın 75-dən çox ölkəyə qarşı qarşılıqlı rüsumların tətbiqini 90 gün müddətinə dayandırmaq qərarı ABŞ maliyyə naziri Skott Bessentin istiqraz bazarındakı sarsıntılarla bağlı artan narahatlığı səbəbindən qəbul edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə CNN televiziya kanalı mənbələrə istinadən xəbər verir.
Telekanalın üç həmsöhbətinin sözlərinə görə, ABŞ dövlət istiqrazları bazarında böhran əlamətləri ilə bağlı Maliyyə Nazirliyindəki narahatlıq prezidentin "qarşılıqlı" tarif rejiminin fəaliyyətini dayandırmaq qərarında əsas rol oynayıb.
Bildirilir ki, Bessent bu narahatlıqları birbaşa görüşdə Trampa bildirib.
Öz növbəsində ABŞ prezidenti Ağ Evdə jurnalistlərə istiqraz bazarını izlədiyini bildirib və proseslərin çox mürəkkəb olduğunu qeyd edib.
Onun sözlərinə görə, rüsumlarla bağlı qərarı çərşənbə günü səhər müəyyən müddət davam edən müzakirələrdən sonra qəbul edib.
Tramp vurğulayıb ki, onun qərarı insanların reaksiyası səbəbindən qəbul edilib.
"Onlar bir az həyəcanlanmağa, bir az qorxmağa başlamışdılar," - deyə dövlət başçısı bildirib.
ABŞ prezidenti 75-dən çox ölkənin onun administrasiyası ilə rüsumlar barədə danışıqlar aparmaq istədiyini bəyan edib.
"Onların hamısı sövdələşmə bağlamaq istəyir", - deyə Tramp bildirib.
Öz növbəsində ticarət naziri Hovard Latnik sövdələşmələrin bağlanması üçün vaxt lazım olacağını bildirib.
"Düşünürəm ki, real sövdələşmələrin bağlanması üçün müəyyən vaxt lazım olacaq... Amma biz ölkələrlə görüşməyə başlayacağıq. Mən bu gün Oval kabinetdən çıxdıqdan dərhal sonra onlara zəng etməyə, onlarla danışmağa və vaxtın gəldiyini deməyə başladım", - deyə o bildirib.
"ABŞ-nin gömrük rüsumları" teqi üzrə xəbərlər
- Tramp Çinə qarşı tətbiq etdiyi tarifləri azaldacaq?
- Çin şirkətləri ABŞ-nin rüsumlarından yan keçmək yolunu tapdılar
- Tramp Çinə tətbiq edilən gömrük rüsumlarını azaltmaq niyyətindədir
- Çin şirkətləri ABŞ-nin rüsumlarından yan keçməyin yolunu tapıblar
- ABŞ 18 ölkə ilə ticarət razılaşmalarına nail olmağı planlaşdırır - Siyahıda hansı ölkələr yoxdur?