Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Trampın malikanəsinin hasarına dırmaşan şəxsi saxladılar
ABŞ polisi ölkənin yeni lideri Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsinin xarici hasarını aşmış şəxsi saxlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Fox News" telekanalı məlumat verib.
Məlumata görə, 32 yaşlı Bijan Arseo yerli polis əməkdaşları və məxfi xidmət agentləri tərəfindən saxlanılıb. Ona qarşı qanun pozuntusuna yol vermək məqsədilə mülk ərazisinə daxil olmaq maddəsi üzrə ittiham irəli sürülüb.
"Bu hadisə bizim fəaliyyətimizə təsir etməyib, lakin bu məsələlərə son dərəcə ciddi yanaşırıq. Biz Palm-Biç şəhər polisinə təcili reaksiya və əməkdaşlığa görə minnətdarıq", - deyə məxfi xidmətdən bildirilib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- USAID-in Trampın impiçmentində rolu ortaya çıxdı
- Aİ ərəblərlə birlikdə Qəzza üzrə təcili plan hazırlayır
- Tramp Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı üçtərəfli danışıqların keçiriləcəyini elan etdi
- Mask ermənipərəst Pelosi barədə araşdırmaya başlayır: Onun bu qədər milyonları haradandır?
- ABŞ Hindistan ilə "Javelin" və "Stryker"lərin birgə istehsalına başlayacaq
Rəylər