Türkiyə aviasiyası şənbə günü İstanbulda törədilən terror aktına cavab olaraq, İraqın şimalında Kürd Fəhlə Partiyasının (KFP) mövqelərinə zərbələr endirib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin Baş Qərargahı məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bombardmanların gedişatında qərargah strukturu, atəş mövqeləri və yaraqlıların sığınacaqları məhv edilib.
Zərbələr İstanbulda bazar gününə keçən gecə törədilən terror aktına görə KFP təşkilatlarından birinin məsuliyyəti öz üzərinə götürdükdən sonra endirilib.
Qeyd edək ki, İstanbulda terror aktı nəticəsində 39 nəfər ölüb və 155 nəfər yaralanıb.
Türkiyə, ABŞ və Avropa İttifaqı KFP-ı terror təşilatı hesab edir.
N.O.
www.oxu.az