Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində terrorçulara qarşı “Zeytun budağı” əməliyyatı nəticəsində həlak olan şəhidlərin sayı açıqlanıb.
Oxu.Az-ın xəbərinə görə, Tükiyənin milli müdafiə naziri Nurettin Canikli Afrində Türk ordusunun yanvarın 20-dən bu yana 41 şəhid verdiyini bildirib.
O, eyni zamanda, Azad Suriya Ordusundan (ASO) 116 silahlının öldüyünü açıqlayıb.
Kamil HƏMZƏOĞLU
www.oxu.az