Türkiyənin Bodrum şəhərinin sakini arabası yüksək sürətlə uçuruma doğru hərəkət edən iki yaşlı uşağın həyatını xilas edib.
Telefonla danışan balıqçı qəflətən dağdan yuvarlanan uşaq arabasını görür. Kişi özünü arabaya tərəf ataraq, onu dayandırır və uşağı xilas edir.
Dəhşətli hadisə videokameralar tərəfindən qeydə alınıb, Oxu.Az xəbər verir.
Təqdim olunan kadrlardan görünür ki, telefonla danışan kişinin yanından yüksək sürətlə içində uşaq olan araba keçir.
Bodrum sakini hadisəyə ani reaksiya verir və arabanın uçuruma yuvarlanmasının qarşısını alır. Düzdür, qəfil dayanma zamanı uşaq arabadan yerə düşür. Lakin xoşbəxtlikdən o, ciddi xəsarət almayıb və yalnız bədənində bəzi cızıqlar yaranıb.
Uşaq tez valideynlərinə qaytarılıb. Onların arabanı hansı səbəbdən diqqətsiz qoymaları isə məlum deyil.