Türkiyədə saxlanılan “Welt” qəzetinin müxbiri Deniz Yuceli bazar ertəsi naməlum müddətə təcridxanaya yerləşdirilib.
Oxu.Az RİA Novsoti-yə istinadən xəbər verir ki, bu barədə qəzetin saytı məlumat yayıb.
Almaniya kansleri Angela Merkel cəza tədbirini qeyri-adekvat sayır, türk hakimiyyətini söz azadlığına hörmət etməyə və jurnalisti azadlığa buraxmağa çağırır.
Nəşrin saytındakı məlumata görə, Yuceli terror təşkilatını təbliğ etməkdə və əhalini bu fəaliyyətə sövq etməkdə ittiham edilir. Jurnalistin 43 yaşı var. O artıq iki həftədir ki, ilkin saxlama müəssisəsindədir.
N.О.
www.oxu.az