Türkiyənin Diyarbəkir şəhərinin Yenişehir rayonunda mübahisə silahlı qarşıdurmaya çevrilib.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
Hadisə axşam saatlarında Yenişehir rayonunun Cumhuriyet məhəlləsində, Silvan bulvarında baş verib. İddiaya görə, borc məsələsi ilə bağlı başlayan mübahisə qısa müddətdə böyüyərək silahlı qarşıdurmaya çevrilib.
Əraziyə çox sayda polis əməkdaşı və təcili tibbi yardım briqadası göndərilib. Tibbi heyətin hadisə yerində apardığı ilkin yoxlama zamanı 2 nəfərin öldüyü müəyyən edilib.
Ağır yaralanan digər şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşları silahlı qarşıdurmada iştirak edən və hadisə yerindən qaçan şübhəlilərin saxlanılması üçün əməliyyata başlayıblar.