Türkiyənin təhlükəsizlik üzrə baş idarəsinin məlumatına görə, ölkənin 79 əyalətində narkotik vasitələrin satışı ilə mübarizə məqsədilə xüsusi əməliyyat başlayıb.
Oxu.Az bu barədə Trend-ə istinadən xəbər verir.
Qeyd edilir ki, əməliyyatlara 7118 polis əməkdaşı, eləcə də polis helikopterləri cəlb edilib.
Xüsusi əməliyyat çərçivəsində 900-dən çox mənzildə axtarış aparılır.
Narkotik alveri Türkiyədə terror təşkilatların əsas maliyyə mənbəyidir.
N.О.
www.oxu.az