Türkiyənin qərb əyalətlərində bazar ertəsi başlanan qasırğa nəticəsində beş nəfər həlak olub, 110 nəfərdən çox adam isə yaralanıb.
Bu barədə türk KİV Bursa əyalətinin valisinə istinadən xəbər verirlər.
Oxu.Az xəbər verir ki, valinin məlumatına əsasən, əyalətdə 3 nəfər həlak olub, 110 nəfərdən çox adam yaralanıb, 300 evin damı uçub, 100 avtomobilə zərər dəyib.
Balıkesir əyalətində çökmüş evin altında iki nəfər həlak olub.
Turkish Airlines aviaşirkəti pis hava şəraiti ilə əlaqədar olaraq 65 daxili və 59 beynəlxalq reys ləğv edilib.
Eləcə də İstanbulun Avropa və Asiya hissələri arasında bərə hərəkəti dayanıb. Bursa və Yalova əyalətlərində güclü külək bir çox yaşayış məntəqlərində elektrik naqillərinin qırıldığı üçün elektrik cərəyanının verilməsi dayandırılıb.
Xəbər verildiyi kimi keçən gecə Ankarada da küləyin sürəti güclənib. Türkiyənin paytaxtında zərərçəkənlər haqqında hələlik məlumat yoxdur.