Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər şəhid olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Tunceli valiliyindən açıqlama verilib.
Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.




17:22
Türkiyənin Tunceli əyalətində Sikorski helikopterinin qəzaya uğraması nəticəsində yeddi nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Daha öncə Tunceli əyalətinin qubernatorunun administrasiyası Pülümür rayonunda Sikorski helikopterinin qəzaya uğradığına dair məlumat yaymışdı. Hadisə Bakı vaxtı ilə saat 12:40-da baş verib.
Agentliyin məlumatına görə, heyət üzvləri xilasedicilər ilə əlaqə yaradaraq helikopterin qəzaya uğraması nəticəsində yeddi nəfərin yaralandığını bildiriblər, beş nəfər xəsarət almayıb.
Hələlik rəsmi bəyanat yoxdur. Xilasedicilər helikopterin qəzaya uğradığı yerin koordinatlarını müəyyən ediblər və hadisə yerinə yola düşüblər.
15:08
Türkiyənin Tunceli əyalətində göyərtəsində 12 nəfər olan helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, helikopterin içərsində bir hakim, bir zabit, 7-i polis əməkdaşı və 3 ekipaj üzvü olub.
Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.
N.О.