Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli müxalifətçi Fətullah Gülənin şəbəkəsi ilə bağlı ola bilər.
Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” adı gizli saxlanılan Türkiyə hüquq-mühafizə qüvvələrinin yüksək vəzifəli məmuruna istinadən məlumat yayır.
Gülənin nümayəndələri bu ittihamı təkzib ediblər və Gülənin bu hücumu qəti şəkildə pislədiyini bəyan ediblər.
Rəsmi Ankaranın fikrinə görə, Gülən bu ilin iyulunda Türkiyədə uğursuz hərbi çevrilişin əsas təşkilatçılarından biridir.
N.O.
www.oxu.az