Türkiyə paytaxtı Ankarada avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 18 nəfər yaralanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Ankara-Konya avtomobil yolunun 71 km-liyində olub.
Məlumata görə, sərnişin avtobusu inəyə çırpılaraq, yoldan çıxıb və aşıb.
Avtobus Erdekden Hataya gedirmiş.
İ.F.