Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, Münhen “Bavariya”sının yarımmüdafiəçisi Frank Riberi “Kemnitser”lə Almaniyanın Kuboku uğrunda oyunu zamanı qadın hakim Bibian Ştaynhauslə zarafatlaşıb.
Riberi cərimə zərbəsini vurmaq üçün topu yerə qoymağa əyilib və dərhal Ştaynhausun qıylarını açıb. Buna görə futbolçu cəzalandırılmayıb və qol vura bilib.
Qeyd edək ki, “Bavariya” 5:0 hesabı ilə qələbə qazanıb.
N.О.