Türkiyənin Bursa şəhərində sevgilisi ilə taksiyə əyləşən kişi sərnişin sürücünü silahla təhdid edib.
Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, hadisə anbaan avtomobilə quraşıdırılmış videoregistrator tərəfindən qeydə alınıb.
Belə ki, görüşdüyü qadınla taksiyə əyləşəndən sonra yolda olan digər avtomobilin sürücüsü sərnişini qəzəbləndirib. Silahı çıxaran sərnişin taksidən həmin avtomobili təqib etməyi tələb edib. Lakin qısa müddət sonra digər avtomobil gözdən itib.
Qəzəbli sərnişin bununla kifayətlənməyərək, əvvəl silahla sürücünü qarət edib, daha sonra gedişhaqqını da ödəməyərək avtomobili tərk edib.