Türkiyənin tələbi ilə İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən "Ertekinler" cinayətkar təşkilatının lideri Rojhat Ertekin Yunanıstanın paytaxtı Afinada ələ keçirilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, "Serdar Ertekin" kimi də tanınan şəxs barəsində Türkiyə daxilində "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "Qəsdən adamöldürmə", "Əmlaka zərər vurmaq", "Ağır soyğunçuluq", "Silahlı soyğunçuluq", "Narkotik maddə ticarəti" və "Təhdid etmə" kimi cinayətlər üzrə saxlanılma qərarı mövcuddur.
O, Afinada gizləndiyi villada Yunanıstan polisi tərəfindən saxlanılıb və daha sonra Türkiyənin aidiyyəti qurumları bu barədə məlumatlandırılıb. Rojhat Ertekinin Türkiyəyə ekstradisiyası üçün ölkənin Ədliyyə Nazirliyi tərəfindən lazımi prosedurlara başlanılıb.
