Türkiyənin paytaxtı Ankarada, həmçinin Bolu və Bursa şəhərlərində gözlənilmədən başlayan qar hər tərəfi ağ rəngə bürüyüb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ankarada parklar, bağlar və yaşıllıq sahələri qısa zamanda qarla örtülüb, qarın örtüyünün hündürlüyü bəzi ərazilərdə 5 santimetrə çatıb. Xüsusilə nəqliyyatda problemlər yaranıb.
Həmçinin məktəblər bağlanıb. Ankara valisi Vasip Şahin qar örtüyünün yerlərdə 15 sm-ə çatacağını, həmçinin güclü külək və fırtınanın gözlənildiyin, bu səbəbdən də uşaqların təhlükəsizliyi üçün təhsilin bir gün müddətinə dayandırıldığını bildirib.
Eyni zamanda, Boluda və Bursada da qar yağışı təsirli olub.