Türkiyənin qərbində Bursa şəhərində heykəllər hazırlayan şirkətin sahibi Enes Alan ölkə prezidenti Rəcəb Tayyip Ərdoğanın çağırışına səs verərək əlində olan valyutalarını türk lirəsinə dəyişən sifarişçilərə havayı qəbirdaşı təklif edir.
Oxu.Az xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.
Son ayda türk lirəsi dollara nisbətən 11% ucuzlaşıb. Keçən cümə günü lirə dollara nisbətən istorik minimuma enərək 1 dollar 3,54 lirə olub. Ərdoğan bunu Türkiyənin düşmənlərinin iqtisadi linklərdən istifadə edərək valyutanın kursunu manipulyasiya edərək Ankaraya təzyiq göstərmək istəyirlər, bununla əlaqədar o, ölkə vətəndaşlarını valyutanı lirəyə dəyişməyə çağırıb.
“Biz, 2 min dolları lirəyə dəyişənlərə 750 lirəyə (220 dollar) qəbirdaşları hazırlayırıq”, - Alan deyib. O əlavə edib ki, yerli sakinlər onun təklifinə müsbət münasibət bildiriblər və türk iqtisadiyyatına dəstək göstərməyə hazırdırlar.
“Biz bu addımı lirəni müdafiə etmək üçün atırıq. Ola bilər ki, bu, bizim həmvətənlərimiz üçün nümunə olacaq”, - şirkətin sahibi əlavə edib.
N.O.
www.oxu.az