Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ukrayna yenidənqurma layihələrinin siyahısını Türkiyəyə təqdim edib
Ukrayna həyata keçiriləcək yenidənqurma layihələrinin siyahısını Türkiyəyə təqdim edib. Yazda bu layihələr üzrə tenderlərin keçirilməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti yazıb.
Qeyd olunur ki, Ukraynanın müvafiq idarələri tərəfindən tərtib edilən və ölkənin Türkiyədəki səfirliyi vasitəsilə paylaşılan bu siyahıya icrası təcili olan və bu il həyata keçirilməsi vacib layihələr daxildir. Tenderlərin aprel-may aylarında keçirilməsi planlaşdırılır.
Siyahıya enerji və enerji səmərəliliyi, sosial evlərin tikintisi, su təchizatı sistemləri və digər sahələrə dair layihələr daxildir.
Türkiyə Ukraynanın bərpasında iştirak etməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Türk podratçılar münaqişə başa çatdıqdan sonra ölkənin şəhərlərinin və infrastrukturunun yenidən qurulmasında fəal şəkildə iştirak edə biləcəklərinə ümid edirlər.