Venesuelada Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.
Oxu.Az-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 hərbçi və 5 mülki şəxs ölüb.
Məlumata əsasən, dekabrın 30-da itkin düşən Venesuela Hərbi-Hava Qüvvələrinə məxsus helikopter bu gün aşkarlanıb. Rəsmi Karakas insidentlə bağlı hələ ki, açıqlama verməyib.
T.T
www.oxu.az