Venesuelanın şərqində yerləşən Bolivar ştatının El-Kayo bələdiyyəsi ərazisində üç mədəni su basması nəticəsində 14 mədənçi həlak olub.
Oxu.Az-ın "Associated Press"ə istinadən verdiyi məlumata görə, Regional Fövqəladə Hallar İdarəsi cəsədlərin çıxarılması üçün əməliyyata başlayıb.
Xilasetmə prosesində yanğınsöndürənlər, mülki müdafiə xidmətləri, ştat hökumətinin əməkdaşları, Milli Qvardiya, polis və digər qurumların nümayəndələri iştirak edirlər.