Venesuela paytaxtı Karakasda metronun və dəmiryollarının işi dayandırılıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Venesuela prezidenti səlahiyyətlərinin icraçısı Delsi Rodriqes məlumat verib.
"Biz xilasetmə işlərini asanlaşdırmaq üçün metro və dəmiryolu xətlərinin işini dayandırmaq qərarına gəldik", - deyə o bildirib.
Qeyd edək ki, Karakas metropoliteni Venesuelanın ən böyük yeraltı nəqliyyat sistemidir. 1983-cü ildə açılan metro sisteminə 6 xətt və 51 stansiya daxildir, ümumi şəbəkə uzunluğu isə 100 kilometrdən çoxdur. Metropolitenin gündəlik sərnişin axını 2.8 milyonu keçir. Metrodan əlavə, paytaxtda şəhəri qonşu ştatlarla birləşdirən şəhərətrafı dəmiryolu xətləri də var.
Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Məlumata görə, ən azı 32 nəfər həlak olub, 700 nəfər yaralanıb və onlarla bina dağılıb.