Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
WP: Tramp administrasiyası Kaşıkçının qatillərini gizlədir
ABŞ-ın “Washington Post” nəşrinin jurnalisti Camal Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyinə girdikdən sonra yoxa çıxmasından bir ay ötür.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Washington Post” nəşri xatırlatma edib.
Nəşrin nümayəndələri ABŞ Konqresinə qətldə məsuliyyətli olan şəxslərə qarşı sanksiyalar tətbiq edilməsi ilə bağlı çağırış ünvanlayıb. “Washington Post” bildirib ki, hələ də Kaşıkçının cəsədinin aqibəti məlum deyil.
“Səudiyyə Ərəbistanı rəhbərliyi və onların faktiki “şərikləri” olan ABŞ prezidenti Donald Trampın administrasiyası qətl törədənləri ört-basdır edir”, - deyə yazıda vurğulanır.
Nəşr bəyan edib ki, Konqres bir həftə öncə Türkiyəyə səfər edən MKİ direktoru Cina Xaspeli dindirməlidir.
Rəylər